“İmarət” stadionu öz yerində deyil, Ağdamın geniş infrastruktura malik guşəsində tikiləcək

“Futbol azarkeşlərinə demək istəyirəm ki, biz “İmarət” stadionunun tikintisini nəzərdə tuturuq. Düzdür, əvvəlki yerdə deyil, yəni Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində nəzərdə tuturuq”.

Allsport.az saytı xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata müsahibəsində bildirib.

O, hazırda burada layihələndirmə işləri getdiyini qeyd edib: “Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırırıq. İdman təmayüllü orta məktəbin, bundan əlavə, Azərbaycandan bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur”.

Həmin kateqoriyadan