- Baxış sayı: 44
- 26 İyun 2026 23:23
- Baxış sayı: 94
- İyun 26, 2026
- 0

Ötən gün AÇ-2020-nin qrup mərhələsinin İsveçrə – Türkiyə matçını izləmək üçün Bakıya gələn FİFA prezidenti Canni İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşdə ölkədə və bölgədə futbolun durumunu müzakirə edib. Allsport.az xəbər verir ki, 51 yaşlı funksioner AFFA-nın Azərbaycanda və regionda futbolun inkişafına fayda verəcəyini deyib:
“Bakıda olduğum və AFFA-dakı dostlarımla görüşdüyüm üçün məmnunam. FİFA ölkədə və bölgədə futbolun inkişafına görə AFFA-ya güvənə bilər. Bunu FİFA-nın maliyyə dəstəyi ilə “Turan Tovuz” futbol akademiyasının açılması da göstərir. Bu kompleks özündə tam təchiz olunmuş müasir stadion, biri qapalı olmaqla, 4 mini-futbol meydançası, akademiya otaqları və restoranlarını cəmləşdirir”.