İxtisasartırma təliminə start

AFFA və AzDBTİA-nın əməkdaşlığı çərçivəsində idman akademiyasının professor-müəllim heyəti üçün ixtisasartırma təliminə start verilib. Allsport.az saytı xəbər verir ki, idman oyun növləri kafedrasının professor-müəllim heyəti üçün keçirilən ixtisasartırma təlimi 10 gün davam edəcək.

“Reallığa əsaslanan öyrənmə prosesi” mövzusunda təşkil olunan təlimi AFFA-nın texniki departamentinin rəisi Cahangir Həsənzadə və məşqçi kurslarının instruktorları Aslan Kərimovla Osman Rəhimov keçir. Təlimin hədəfi iştirakçıların UEFA-nın “C” kateqoriyalı məşqçi kursunda praktiki öyrətmə (məşq) prosesində monitorinq və tutorluq fəaliyyətini həyata keçirmək bacaracaqlarının inkişaf etdirilməsidir.

Təlim iştirakları məşqçilik ixtisası üzrə bakalavriat təhsil səviyyəsinin IV tədris ilinin tələbələrinə uyğun UEFA-nın “C” dərəcəli məşqçi kursuna metodist-təlimatçı kimi cəlb olunacaqlar. 

AzDBTİA-nın tələbələrinin daha effektiv və müasir öyrənmə prosesi keçməklə UEFA-nın “C” kateqoriyalı məşqçi lisenziyasına yiyələnməsinə və gələcəkdə daha spesifik məşqçi işi sərgiləyərək ölkəmizdə kütləvi futbola töhfə verməsinə zəmin hazırlayacaqdır.

Həmin kateqoriyadan