Jezniçakın dəstəyi

“Qarabağ”ın keçmiş futbolçusu Yakub Jezniçak Ağdam təmsilçisinin bu gün “Neftçi” ilə oyunu öncəsi komandaya dəstəyini nümayiş etdirib. Allsport.az xəbər verir ki, hazırda Polşanın “Visla” klubundan çıxış edən müdafiəçi instaqram hesabındakı paylaşımında “Qarabağ”la olan şəklini paylaşaraq, Ağdam klubuna uğurlar arzulayıb:

“Bu gün böyük oyundu. Dostlarıma uğurlar!”

Polşalı müdafiəçi 2017-2019-cu illərdə “Qarabağ”da oynayıb.

Həmin kateqoriyadan