“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Göyçayda

AFFA-nın, Göyçay icra hakimiyyətinin və Uşaq gənclər futbol federasiyasının birgə təşkilatçılığı ilə bu rayonunda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə icra başçısı Natiq Ağayev, AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Milli Məclisin deputatı Sabir Hacıyev, Göyçay rayon gənclər və idman idarəsinin müdiri Elşən Şirinov iştirak edib.

Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.

Həmin kateqoriyadan