“Kəpəz”in yeni idarə heyəti

“Kəpəz” klubunun idarə heyətinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda yeni tərkibi təsdiqlənib. İlqar Nadiri sədr, Vasif Qafarov sədr müavini seçilib. Müşfiq Cəfərov, Həmid Nəsirov, Zəfər Məmmədov idarə heyətinin üzvləri olublar.

Yığıncaqda əsas komandanın nəticələri müzakirə olunub. Tərlan Əhmədov komandanın yeni baş məşqçisi təyin edilib.

İclasda klubun hüquqi ünvanının dəyişdirilməsi haqqında qərar verilib və digər məsələlər müzakirə olunub.

Həmin kateqoriyadan