Kamran Ağayevə ehtiyac duymayan “Kayserispor”u kubokdan kənarlaşdırdılar

Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası – “Kayserispor” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Sivasspor”la qarşılaşıb. Matç 1:1 hesabıyla başa çatıb. İlk oyunda da oxşar hesab qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. Sonda daha üstün olan sivaslılar 3:1 hesabıyla qalib gələrək, yarımfinala yüksəliblər.

Kamran bu matçın iştirak ərizəsində yer almayıb.

Həmin kateqoriyadan