Kamran Ağayev oynamadı, komandası millimizin üzvünü məyus etdi

Türkiyə PTT 1-ci liqasında 19-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Ağayevin komandası – “Kayserispor”la millimizin müdafiəçisi Ufuk Budaklı “Qaziantep BB” də növbəti matçına çıxıb.

“Kayserispor” səfər oyununda 1:0 hesabıyla qalib gəlib. Ufuk komandasının məğlub olduğu bu görüşdə 90 dəqiqə meydanda olub. Ağayevin adı isə matçın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, “Kayserispor” 40 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb, “Qaziantep BB” isə 20 xalla 14-cüdür.

Həmin kateqoriyadan