Kamran Ağayev PTT 1-ci liqada debüt etdi

Türkiyə PTT 1-ci liqasında 23-cü turun oyunları keçirilib. Allsort.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası – “Kayserispor” da növbəti matçına çıxıb.

Futbolçumuzun klubu səfərdə “Bucaspor”la qarşılaşıb. Oyun 3:0 hesabıyla Kayseri təmsilçisinin xeyrinə başa çatıb. Start heyətdə meydana çıxan Kamran sonadək meydanda olub və qapısını toxunulmaz saxlamağı bacarıb.

Qeyd edək ki, bu, Ağayevin PTT 1-ci liqada debüt, “Kayserispor”da isə ikinci oyunu idi. Millimizin qolkiperi Kayseri klubundakı debüt matçını Türkiyə Kuboku çərçivəsində “Beşiktaş”a qarşı keçirmişdi.

“Kayserispor” hazırda 47 xalla çempionatın lideridir.

Həmin kateqoriyadan