Kamran Ağayev Türkiyə mətbuatına danışdı

Azərbaycan yığmasının və Türkiyənin “Kayserispor” klubunun qapıçısı Kamran Ağayev qardaş ölkə mətbuatına açıqlama verib. Allsport.az xəbər verir ki, millimizin qolkiperi bunları söyləyib:

“Harda oynayırsansa, orada hədəfin çempionluq olmalıdır. Türkiyəni, Kayserini və “Kayserispor”u sevdim. Bu klubu seçməyimizin özəl bir səbəbi yoxdur. Sadəcə, hardan məntiqli təklif alırsansa, orada oynamağa razılaşırsan. Yaxşı komandadır, bəyəndim. Daha öncə Türkiyəyə gəlmişdim. Amma bir Türkiyə komandasında ilk dəfə oynayacağam. Hədəfim daha yaxşı yerlərə qalxmaqdır. Klubumuzda yaxşı dostluq münasibətləri var. Sıxılacağımı düşünmürəm”.

Həmin kateqoriyadan