Kamran Ağayev yenə ehtiyatda qaldı

Türkiyə PTT 1-ci Liqasında 22-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığma komandasının qapıçısı Kamran Ağayevin klubu – “Kayserispor” da növbəti oyununa çıxıb.

Sözügedən komanda doğma meydanda “Adana Dəmirspor”la üz-üzə gəlib. Qarşılaşma 3:3 hesabıyla başa çatıb. Ağayev isə matçı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Kayserispor” 44 xalla 1-ci yerdə qərarlaşıb.

Həmin kateqoriyadan