Kamran Ağayev yeni klubu ilə mövsümün ilk oyununda 2 qol buraxdı

Türkiyə PTT 1-ci liqasında 1-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası – “Karşıyaka” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Adana Dəmirspor”la qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Kamran mövsümün açılış matçında start heyətdə meydana çıxıb. O, ikinci qol zamanı kobud səhvi ilə diqqət mərkəzinə düşüb.

Həmin kateqoriyadan