Kamran Ağayevin klubu 3-cü mərhələdəki rəqibini tanıdı

Türkiyə Kubokunda üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası – “Karşıyaka”nın da növbəti rəqibi müəyyənləşib.

Belə ki, İzmir klubu növbəti mərhələdə “Tekirdağspor”la qarşılaşacaq. Matç İzmirdəki “Atatürk stadionu”nda, 1-3 dekabr aralığında keçiriləcək.

Qeyd edək ki, “Karşıyaka” kubokda mübarizəyə ikinci mərhələdən başlamışdı və ilk cəhdində “Kurtalanspor”a 3:0 hesabıyla qalib gəlmişdi.

Həmin kateqoriyadan