- Baxış sayı: 43
- 17 Mart 2024 20:30
- Baxış sayı: 159
- Mart 28, 2024
- 0
Türkiyə PTT 1-ci liqasında 10-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka” da növbəti matçında çıxıb.
Sözügedən klub səfərdə “Adanaspor”la qarşılaşıb. Qarşılaşma futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə bitib. Start heyətdə meydana çıxan Kamran yenə 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, “Karşıyaka” geridə qalan turlarda topladığı 9 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.