- Baxış sayı: 47
- 23 Sentyabr 2026 11:46
- Baxış sayı: 89
- Sentyabr 24, 2026
- 0

Türkiyənin “Karşıyaka” klubunun yeni baş məşqçisi müəyyənləşib. Allsport.az xəbər verir ki, İzmir klubunu bundan sonra Kamal Özdəş çalışdıracaq.
Bu gün klub rəhbərliyi yeni baş məşqçi ilə rəsmi müqavilə imzalayıb. Anlaşmaya görə qarşıdakı bir ildə “Karşıyaka”nı məhz Özdəş çalışdıracaq. O, buna qədər “Manisaspor”, “Gənclərbirliyi” və “Balıkəsirspor”da işləyib. Özdəşə yeni klubunda Serkan Afacan, Murat Duman, Murat Aslan, Nihat Yüksəl kömək edəcək.
Qeyd edək ki, “Karşıyaka”da Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev çıxış edir.