Kamran Ağayevlə Emin Mahmudovun klubu evdə “Feyrense”yə uduzub

Portuqaliya premyer-liqasında 5-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvləri Kamran Ağayevlə Emin Mahmudovun komandası “Boavişta” doğma meydanda “Feyrense” ilə qarşılaşıb.

“Ağ-qara xanalı bəbirlər” bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Futbolçularımızın adı matçın iştirak ərizəsinə daxil edilməyib. “Boavişta” 5 turdan sonra 5 xalla 18 klub arasında 12-ci pillədədir.

Həmin kateqoriyadan