- Baxış sayı: 32
- 10 Noyabr 2026 13:19
- Baxış sayı: 259
- Noyabr 09, 2026
- 0

“Qarabağ”ın keçmiş futbolçusu Dani Kintananın yeni klubu müəyyənləşib. Allsport.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi karyerasını “Yagelloniya”da davam etdirəcək.
34 yaşlı futbolçu Polşa klubu ilə razılığa gəlib.
Kintana 2015-2020-ci illərdə Ağdam təmsilçisində çıxış edib. Daha sonra o, Çinin birinci liqa təmsilçisi “Çendu Better Siti”yə transfer olunub. Dani 2013-2015-ci illərdə “Yagelloniya”da oynayıb.