- Baxış sayı: 32
- 10 Noyabr 2026 13:19
- Baxış sayı: 259
- Noyabr 09, 2026
- 0

“Qarabağ”ın keçmiş qapıçısı Vaqner da Silvanın yeni klubu müəyyənləşib. Allsport.az xəbər verir ki, 35 yaşlı qolkiper Portuqaliyanın 2-ci liqa təmsilçisi “Nasyonal”a keçib.
Braziliyalı əlcək sahibi ilə 1 illik müqavilə imzalanıb. Vaqner 2018-2020-ci illərdə “Qarabağ”da oynayıb. O, daha əvvəl Portuqaliyada “Eştoril” və “Boavişta”da da çıxış edib.