Keçmiş “Qarabağ”lı Türkiyə klubuna keçir?

Keçmiş “Qarabağ”lı Türkiyə klubuna keçir?

“Qarabağ”ın keçmiş futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirə bilər. Allsport.az xəbər verir ki, 31 yaşlı hücumçu ilə “Kocaelispor” klubu yaxından maraqlanır.

1-ci liqa təmsilçisi yaxın zamanda cənubi afrikalı futbolçu ilə danışıqlara başlayacaq.

Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən “Çjetszyan Qrintaun”a transfer olunub. Dino bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb və hazırda azad agentdir.

Həmin kateqoriyadan