“Keşlə” 10 futbolçu ilə sözləşmə imzaladı

Konfrans liqasında çıxış edəcək “Keşlə” 10 futbolçusu ilə müqaviləni yeniləyib.

Allsport.az xəbər verir ki, Tərlan Quliyev, Tural Axundov, Kamal Bayramov, İlkin Qırtımov, Miyusko Boyoviç, Rail Məlikov, Ruslan Əmircanov, Stanislav Namaşko, Rafael Məhərrəmli daha bir il paytaxt klubunda çıxış edəcək.

“Sabah”dan icarəyə götürülən Elçin Mustafayevin müqaviləsi daha 1 il artırılıb.

Həmin kateqoriyadan