“Keşlə” “Səbail”ə, “Qarabağ” “Sabah”a qarşı

Azərbaycan premyer liqasında 13-cü tura start veriləcək. 

Allsport.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə “Keşlə” “Səbail”i qəbul edəcək. Matç saat 16:00-da başlayacaq.
 
Son görüşdə lider “Qarabağ”  doğma meydanda “Sabah” qarşılaşacaq. Oyuna saat 18:15-də start veriləcək.
 
Tura sabah keçiriləcək “Neftçi” – “Sumqayıt” və “Zirə” – “Qəbələ” matçları ilə yekun vurulacaq.

4 dekabr

16:00. “Keşlə” – “Səbail”
Hakimlər
: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev.
Bakı. “ASK arena”
 
18:15. “Qarabağ” – “Sabah”
Hakimlə
r: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
Bakı. “Azərsun arena”

Həmin kateqoriyadan