“Keşlə”nin planı

Azərbaycan kubokunun son qalibi “Keşlə” iyun ayının 15-dən məşqlərə başlayacaq. Allsport.az xəbər verir ki, UEFA Konfrans Liqasına vəsiqə qazanmış komandanın hazırlıq planı iki mərhələdən ibarət olacaq.

Birinci mərhələdə Bakıda məşqlərə başlayacaq paytaxt təmsilçisi iyulun 1-də Qəbələyə yollanacaq. Bakı toplanışından öncə komanda tibbi-müayinədən keçəcək. İyunun 27-də Bakıda yoxlama matçı planlaşdırılır.

“Keşlə” 1-14 iyul tarixlərini əhatə edəcək ikinci mərhələdə Qəbələdə üç yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 5, 10, 14 iyul tarixlərində keçiriləcək. Rəqiblər haqqında hələlik məlumat verilməyib.

Həmin kateqoriyadan