- Baxış sayı: 32
- 10 Noyabr 2026 13:19
- Baxış sayı: 259
- Noyabr 09, 2026
- 0

Bu gün “Bulvar” mehmanxanasında klublar komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev, premyer liqada mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.
Sərxan Hacıyev klublara göstəriləcək maliyyə yardımı barədə məlumat verib. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin üzvləri ilə tanışlıq xarakterli müzakirələr aparılıb.
Klublar komitəsinin əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov səs çoxluğu ilə növbəti 1 il müddətinə sədr seçilib.