Klublar komitəsində nələr müzakirə olundu?

Bu gün Bakı olimpiya stadionunda AFFA-nın klublar komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda icraçı vitse-prezident Elxan Məmmədov, texniki direktor Cahangir Həsənzadə, uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev, PFL-in texniki idman şöbəsinin müdiri Elgiz Abbasov, PFL-in mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Aslan Şahgəldiyev və premyer liqada mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

Elxan Məmmədov çıxış edərək iclas iştirakçılarını salamlayıb, UEFA Avropa Konfrans Liqasında növbəti mərhələyə yüksəlməsi münasibətilə “Qarabağ” klubunu bir daha təbrik edib, 1/16 final mərhələsi oyunlarında təmsilçimizə uğurlar arzulayb. İcraçı vitse-prezident klub nümayəndələrinin diqqətinə çatdırıb ki, qarşıdakı mövsümdən etibarən qadın futboluna diqqəti daha da artırmaq vacibdir, çünki UEFA bu sahəyə lisenziyalaşdırma prosesində mütləq meyarlardan biri kimi yanaşmağa başlayacaq.

O, bildirib ki, uşaq futbolu, klubların nəzdindəki akademiyaların fəaliyyəti klublarımız üçün prioritet istiqamətlərdən biri olmalıdır. AFFA rəsmisi klubları sosial layihələrdə daha fəal olmağa, ildə bir neçə dəfə müxtəlif bölgələrdə futbolun təbliği və kütləviləşməsi məqsədi daşıyan layihə təkliflərini AFFA-ya təqdim etməyə səsləyib və qeyd edib ki, bu səpkili layihə  təklifləri arasında ən maraqlıları seçiləcək və icrası AFFA tərəfindən maliyyələşdiriləcək.

Həmin kateqoriyadan