“Köhlən atlar” 1-ci, bayraqdar 2-ci…

Beynəlxalq idman araşdırmalar mərkəzi premyer liqada ortalama ötürmə saylarını və dəqiqliyini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, bizim çempionatda ən çox ötürmə edən klub “Qarabağ”dır. Ağdam təmsilçisi hər matçda ortalama 584 ötürmə edib. Bunlardan 86,8 faizi dəqiq alınıb.
2-ci yerdə “Neftçi”dir: 536 ortalama ötürmə, 85 faiz dəqiqlik. İlk “3-lüy”ü “Qəbələ” bağlayır (500 örtalama ötürmə, 83,9 faiz dəqiqlik).

  1. “Qarabağ” – 584 ötürmə, 86,8 faiz dəqiqlik
  2. “Neftçi” – 536 ötürmə, 85 faiz dəqiqlik
  3. “Qəbələ” – 500 ötürmə, 83,9 faiz dəqiqlik
  4. “Sabah” – 478 ötürmə, 83, 2 faiz dəqiqlik
  5. “Zirə” – 471 ötürmə, 85,9 faiz dəqiqlik
  6. “Kəpəz” – 436 ötürmə, 84,5 faiz dəqiqlik
  7. “Sumqayıt” – 407 ötürmə, 79, 4 faiz dəqiqlik
  8. “Səbail” – 368 ötürmə, 79,4 faiz dəqiqlik
  9. “Şamaxı” – 361 ötürmə, 79,1 faiz dəqiqlik
  10. “Turan Tovuz” – 319 ötürmə, 78,3 faiz dəqiqlik

Həmin kateqoriyadan