“Köhlən atlar” Antalyada 5 oyun keçirəcək

Ölkəmizi konfrans liqasında təmsil edən “Qarabağ”ın qış planı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, komanda yanvarın 5-i Bakıda məşqləri bərpa edəcək. Hazırlığın 2-ci mərhələsi Türkiyədə olacaq.

Ayın 12-də qardaş ölkəyə yollanacaq “köhlən atlar”ın 5 yoxlama oyunu nəzərdə tutulub. Yanvarın 14-ü “Qaz Metan” (Rumıniya), 21-i “Şlyonsk Vroçlav” (Polşa), 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə qarşılaşacaq.

Ayın 21-i və 25-i daha 2 matç keçiriləcək. Komanda səhər saatlarında Serbiyanın “Batska Topola” və Slovakiyanın “Tatran” klubları ilə üz-üzə gələcək. Bu 2 görüşdə əsasən, gənc futbolçulara fürsət veriləcək.

“Qarabağ”ın Antalya toplanışı yanvarın 26-da başa çatacaq.

Həmin kateqoriyadan