“Köhlən atlar” “Arsenal”la qarşılaşacaq

Konfrans liqasında mübarizə aparacaq “Qarabağ” təlim-məşq toplanışını davam etdirir. Allsport.az xəbər verir ki, hazırda Bakıda olan Ağdam təmsilçisi hazırlığın 2-ci mərhələsi üçün Avstriyaya yollanacaq.

“Qarabağ” burada bir neçə yoxlama oyunu keçirəcək və rəqiblərdən biri artıq məlumdur. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yoxlama oyunu çərçivəsində Rusiyanın “Arsenal” klubu ilə qarşılaşacaq.

Tula təmsilçisi ilə görüş iyulun 11-də Avstriyada keçiriləcək.

Həmin kateqoriyadan