“Köhlən atlar” qış çempionudur!

Azərbaycan premyer liqasında XIII turun daha bir oyunu keçirilib. Allsport.az xəbər verir ki, “Azərsun arena”da “Qarabağ” “Sabah” komandasını qəbul edib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 5:1.

Bu qələbədən sonra xalını 30-a çatdıran “Qarabağ” liderliyini davam etdirib və vaxtından əvvəl qış çempionu olub.

“Sabah” isə 5 oyundan sonra və yeni baş məşqçisi Murad Musayevin rəhbərliyi ilə ilk məğlubiyyətlə üzləşərək, 14 xalla 5-ci pillədə qalıb.

Həmin kateqoriyadan