“Köhlən atlar” uğur sıralamasını 25-ə çatdırıb

“Qarabağ” premyer liqanın 6-cı turunda “Sabah”a 4:3 hesabı ilə qalib gəlib. Allsport.az saytı xəbər verir ki, bununla da Qurban Qurbanovun komandası yenilgisiz oyunlar seriyası 25-ə çatıb.

Ağdam klubu sonuncu dəfə ötən mövsümdə – 2021-ci il oktyabrın 25-də “Səbail” ilə səfərdə uduzub – 1:3. Həmin matçdan sonra bölgə təmsilçisi 21 qələbə qazanıb və 4 heç-heçə edib.
Bu ölkə çempionatları tarixində 25 və daha çox oyunu əhatə edən 8-ci belə sıralamadır. Hesabında 31 matçdan ibarət məğlubiyyətsizlik də olan “Qarabağ” ikinci dəfə “25”ə çatıb.

“Köhlən atlar” 321 gün əvvəlki məğlubiyyətdən sonra ilk dəfə qapısında birdən artıq qol görüb. Sonrakı 24 görüşdə komanda 2 və ya daha çox top buraxmayıb.

9 ildən sonra Ağdam klubu öz meydanında qapısında 3 top görüb. Sonuncu dəfə 2013-cü il noyabrın 3-də “Qəbələ” ilə görüşdə belə hadisə yaşanıb. 3234 gün əvvəl də indiki kimi 4:3 hesabı ilə qalib gələn Qurbanovun komandası sonrakı 130 ev matçında ikidən artıq qol buraxmamışdı.

Həmin kateqoriyadan