“Komandada bir az yorğunluq vardı”

“Qarabağ” premyer liqanın 12-ci turunda səfərdə “Qəbələ” ilə qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, qonaqların baş məşqçisi Qurban Qurbanov görüşlə bağlı bunu deyib:

“Yaxşı komandaya qarşı oynadıq. Bu il tam fərqli “Qəbələ” görürük. Bu gün də tam göstərdilər ki, liderlər sırasında yer almağa layiqdirlər. Çox istəkli idilər. Komandamda bir az yorğunluq var idi. Bunu da gözləyirdim.

Həm konfrans liqasında son oyundan, həm də bu mövsümkü qrafikimizdən sonra futbolçular yorğunluğu hiss etməlidir. Buna baxmayaraq, yaxşı mübarizə apardılar, güclərini meydanda ortaya qoydular.

Hər bir halda 1 xal qazandıq. Rəqibə uğurlar arzulayıram. Qəbələyə bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm”.

Həmin kateqoriyadan