“Komandanı qəbul edərkən çempionluğu düşünmürdüm”

“Neftçi”nin baş məşqçisi Samir Abbasov premyer liqanın 28-ci turunda “Qarabağ”a qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 1:0 qalib gəldikləri və 7 mövsümdən sonra yenidən ölkə çempionu olduqları sevinci təmkinlə bölüşüb:

“Nə deyəcəyimi bilmirəm. Çox çətin oyun keçdi. Amma çox inanırdıq. Məşqlərdə də rahat idik. Bu oyunda qalib gələcəyimizə inanırdıq. Hətta Əhməd Əhmədovu meydana buraxanda da dedik ki, yüz faiz qol vuracaqsan və çempion olacağıq.

Yolun əvvəlindəyik. Bu qələbə azarkeşlərimizin halalı olsun. Çoxdandır gözləyirdilər. Bizə dəstəklərini hər zaman hiss edirdik. Şükürlər olsun, onların qarşısında başıaşağı olmadıq. Bütün komandalarımıza avrokuboklarda uğurlar arzu edirəm.

Komandanı qəbul edərkən çempionluq haqqında düşünmürdüm. Amma futbolçuları görəndən sonra yaxşı komanda quracağımıza inandım. Hər zaman bu oyunçuların daha yaxşısını edə biləcəyini bilirdim. Bu gün nəticəsini gördük. Çempion olduq. Futbolçu və baş məşqçi kimi çempionluq fərqli hisslərdir”.

Həmin kateqoriyadan