Kubok oyunları ilə bağlı qərarlar

Bu gün intizam komitəsinin növbəti iclası keçirilib.

Allsport.az xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı qərarlar qəbul edilib:

“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “bayquşlar” 800 manat ziyana düşüb.

“Araz-Naxçıvan” – “Qəbələ” oyununun 75-ci dəqiqəsində “qırmızı-qaralar”ın 4 nömrəli futbolçusu Lukas Afriko ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, Qəbələ klubu 1500 manat cərimə edilib. 

“Sumqayıt” – “Neftçi” oyununda “kimyaçılar”ın 4 futbolçusu sarı vərəqə aldığına görə “Gənclik şəhəri” təmsilçisi 700 manat cərimə olunub.

Həmin kateqoriyadan