“Kubokun cavab oyunundan sonra da demişdim ki, hesab bizi aldatmamalıdır”

“Qarabağ” premyer liqasının 17-ci turunda rəqib meydanında “Keşlə” ilə 0:0 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov bunu deyib:

“İntizamlı və istəkli komandaya qarşı oynayırdıq. Kubokun cavab oyunundan sonra da demişdim ki, hesab bizi aldatmamalıdır. Bu komanda bizə qarşı ciddi hazırlaşır. Çempionatın ilk oyununda burada bərabərliyə qalmışdıq.

Bəzi futbolçular çoxdandır ki, 90 dəqiqə oynamırdılar. Çatışmazlıqlar hiss olunurdu. Əziyyət çəkdilər, çox istəkliydilər. Bu oyun bir daha göstərdi ki, daha ciddi və daha istəkli oynamalıyıq. “Keşlə”yə uğurlar arzulayıram”.

Həmin kateqoriyadan