Laurentsiu Regekampf: “Neftçi”nin bundan da artıq gücü var

“Neftçi” premyer liqanın 2-ci turunda evdə “Kəpəz”ə 5:2 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra “ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf bunu söyləyib: “Bizim üçün yaxşı oyun oldu. Bu oyun üçün bir az narahat idim. Çünki Avstriyadakı matçın ardından Bakıya qayıtmışdıq.

Komandam orada 120 dəqiqə mübarizə apardı, üzərlərində böyük təzyiq var idi. Hamılıqla oradakı nəticədən üzgün idik. Ona görə də bu gün qələbə qazanmağımıza çox sevinirəm. Komadamı görmək istədiyim epizodları gördüm. Amma əminliklə deyə bilərəm ki, “Neftçi”nin bundan da artıq gücü var. Komandam daha aqressiv olsun və əldə etdiyimiz epizodları bacardığımız qədər qola çevirək”.

Həmin kateqoriyadan