“Lazım olan qolları vurub, 3 xalımızı qazana bildik”

Premyer liqanın 29-cu turunda “Kəpəz” Bakıda “Araz-Naxçıvan”ı 2:1 məğlub edib. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Adil Şükürov oyun haqda danışıb:

“Allaha çox şükürlər olsun ki, bu gün bizə qələbə nəsib etdi. Və biz də bu qələbənin sayəsində bura stadiona gələn, eləcə də bizi evdən izləyən azarkeşlərimizi sevindirə bildik. İki fərqli hissə izlədik.

Startda yaxşı başladıq. İlk qol epizodunu da biz yaratdıq. Bundan sonra sanki uşaqlarda arxayınlıq yarandı. Bu da qol buraxmağımızla nəticələndi. Fasilədə futbolçular ilə söhbət etdik. Onlar da toparlandılar. Lazım olan qolları vurub, 3 xalımızı qazana bildik”.

Həmin kateqoriyadan