“Legiya”nın baş məşqçisi: “Mahir sıradan hücumçu deyil”

“Legiya”nın baş məşqçisi Çeslav Mixneviç komandanın yeni transferi Mahir Əmrəli haqda danışıb. Allsport.az xəbər verir ki, o, Polşa mətbuatına açıqlamasında Azərbaycan millisinin üzvü ilə bağlı bunu deyib: 

“Əmrəli digər yeni transfer Joel Abu Hanna ilə müqayisədə daha uzun müddətdi bizimlədi.  O, komandaya sürətlə uyğunlaşdı, bir neçə dil bilir və kollektiv də onu qəbul etdi. Oyunu yaxşı oxumağı bacarır, yüksək motivasiyaya malikdi, sürətlidi və yaxşı texnikası var. Mahir sıradan hücumçu deyil”.

Azad agent kimi “Legiya”ya keçən Emreli Varşava təmsilçisi ilə 3+1 illik müqavilə imzalayıb.

Həmin kateqoriyadan