Leroy Corc rəsmən Türkiyə klubunda!

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Leroy Corc özünə yeni klub tapıb. Allsport.az xəbər verir ki, hollandiyalı futbolçunun Türkiyənin “Göztəpə” klubuna keçidi nəhayət ki, baş tutub.

Corc öncə 450 000 avro tələb etdiyi bu kluba güzəştə gedib. Belə ki, ağdamlıların sabiq oyunçusu 300 min avroya da bu klubda oynamağa hazır olduğunu bildirib. Amma İzmir klubu həmin məbləğin yalnız 250 000-ni ödəmək istəyirdi. Sonda tərəflərin necə razılığa gəldiyi bilinmir.

“Qarabağ”ın sabiq üzvü yeni klubu ilə iki illik müqavilə imzalayıb.

Həmin kateqoriyadan