- Baxış sayı: 27
- 04 Avqust 2026 16:44
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0
Türkiyə PTT 1-ci liqasında 20-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası – “Dənizlispor” da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası doğma meydanda “Altınordu” ilə qarşılaşıb. Oyun Məlikovun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Rail qarşılaşmanın ilk dəqiqələrindən sonadək meydanda olub.
Qeyd edək ki, “Dənizlispor” hazırda 17 xalla 16-cı pillədə qərarlaşıb.