“Məqsəd, ölkə kubokunun finalına yaxşı əhval-ruhiyyədə yollanmaq idi”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov premyer liqanın 28-ci turunda “Qəbələ” ilə oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 3:1 qalib gəldikləri görüşdəki uğuru ölkə kubokunda da davam etdirəcəyini deyib:

“Çox gərgin çempionat alındı. Sonuncu pilləni tərk etmək istəyirdik. Futbolçularımız meydanda əziyyət çəkdilər və qələbə qazandılar. İlk olaraq, onları təbrik etmək istəyirəm.

Məqsədimiz Azərbaycan kubokunun final matçına yaxşı əhval-ruhiyyədə yollanmaq idi və buna nail olduq. Rəqib komandaya növbəti mövsümdə uğurlar arzu edirəm”.

Həmin kateqoriyadan