Mahir Şükürov “Qarşıyaxa”nın düşərgəsinə niyə gecikir?

Azərbaycan yığmasının və Türkiyənin “Qarşıyaxa” klubunun müdafiəçisi Mahir Şükürov hələ də İzmirə qayıtmayıb. Allsport.az xəbər verir ki, 33 yaşlı futbolçu AÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Maltaya qarşı oynamaq üçün Bakıya gəlsə də, qardaş ölkəyə qayıtmağında problem yaranıb.

Futbolçu özü bunu pasportunda sərhədi keçərkən möhür vurmaq üçün yer qalmaması ilə izah edib. O bildirib ki, “Karşıyaka”nın düşərgəsinə problemi yoluna qoyduqdan sonra qayıdacaq.

Lakin Türkiyə mətbuatının yazdığına görə, klub rəhbərliyi Mahirin bu hərəkətindən kəskin narazı qalıb. Çünki onlar Şükürovun vətənindən gec qayıtmasının əsl səbəbinin pasportla bağlı olmadığı qənaətindədirlər.

Həmin kateqoriyadan