Mahir Şükürov Türkiyə klubundan FİFA-ya şikayət etdi

Azərbaycan yığmasının müdafiəçisi FİFA-ya şikayət edib. Allsport.az xəbər verir ki, futbolçumuz çıxış etdiyi “Karşıyaka”nın ona olan borcunu ödəməməsi səbəbindən belə bir addım atıb.

Mövsümün əvvəlindən PTT 1-ci liqa klubunda çıxış edən Mahirin 55 000 ABŞ dolları civarında alacağı olsa da, “Karşıyaka” bunu ödəməyə tələsmir. Klub ən qısa zamanda həmin pulu futbolçuya ödəməsə, artıq sabahdan etibarən azad agent statusu ala biləcək.

Qeyd edək ki, “Karşıyaka” eyni səbəbdən artıq iki aparıcı futbolçusunu itirmişdi. Bunlar Çikelube Ofoedu və Emir Birkandır. Yaxın günlərdə Şükürovla yanaşı, Juninyonun da komandadan ayrılması gözlənilir.

PTT 1-ci liqada növbəti turun oyunları gələn həftə start götürəcək. Mahir mövsümün geridə qalan hissəsində 12 oyuna çıxıb, 1 qol vurub.

Həmin kateqoriyadan