Mahir Şükürov üçün bir xal və sarı vərəqə

Türkiyə PTT 1-ci Liqasında 18-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası – “Karşıyaka” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Antalyaspor”la qarşılaşıb. Matç 2:2 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Mahir 90 dəqiqə oynayıb. Millimizin müdafiəçisi 53-cü dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, “Karşıyaka” hazırda 26 xalla 7-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan