Mahir Şükürovla Ufuq Budaq üçün 90 dəqiqə

Türkiyə PTT 1-ci Liqasında 23-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası – “Karşıyaka” millimizin digər üzvü Ufuq Budaqlı “Qaziantep BB” ilə üz-üzə gəlib.

Qarşılaşma 2:0 hesabıyla qazianteplilərin xeyrinə başa çatıb. Hər iki futbolçumuz start heyətdə meydana çıxıb və sonadək oynayıblar. Budaq 35-ci dəqiqədə sarı vərəqə almaqla da diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, “Karşıyaka” hazırda 33 xalla 8-ci, “Qaziantep BB” isə 29 xalla 11-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan