Mahirdən “Legiya”da növbəti qol

Mahirdən “Legiya”da növbəti qol

Mahir Əmrəli “Legiya”nın heyətində növbəti qolunu vurub. Allsport.az xəbər verir ki, 24 yaşlı hücumçu “Krasnodar”la yoldaşlıq matçında fərqlənib.

Əsas heyətdə meydana çıxan Əmrəli 39-cu dəqiqədə hesabı açıb. O, 70-ci dəqiqədə əvəzlənib. Matç isə 1:1 hesabı ilə başa çatıb.

Daha əvvəl “Bişofshofen”lə yoxlama oyunu “Legiya”nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 60 dəqiqə meydanda olan Mahir 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.

Həmin kateqoriyadan