Mareska ayın ən yaxşısı seçildi

“Çelsi”nin çalışdırıcısı Enzo Mareska premyer liqada sentyabr ayının ən yaxşı baş məşqçisi seçilib.

Allsport.az xəbər verir ki, onun rəhbərliyi altında “zadəganlar” ötən ay üç qələbə qazanıb (“Bornmut” üzərində 1:0, “Vest Hem” 3:0 və “Brayton” üzərində 4:2) və heç-heçə edib (“Kristal Pelas” 1:1).

Mareska bu ilin iyulundan “Çelsi”ni çalışdırır.

Həmin kateqoriyadan