“Bərabər sayda oynasaydıq, fərqli nəticə ola bilərdi”

“Bərabər sayda oynasaydıq, fərqli nəticə ola bilərdi”

“Sumqayıt” premyer liqanın XII turunda öz meydanında “Sabah”a 1:5 hesablı ilə uduzub. Allsport.az xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Filipe Kandido bunu deyib:

“Azərbaycanın ən güclü komandalarından birinə qarşı oynamaq, təbii ki, çox çətindir. Düşünürdük ki, 90 dəqiqə ərzində bərabər sayda oynasaydıq, bəlkə də fərqli nəticə əldə etmək olardı. Amma oyunun gedişində bir futbolçumuzu itirdikdən sonra hər şey çətinləşdi. İlk 15 dəqiqədə komandamın yaxşı oynadığını düşünürəm. Topa nəzarət edə bilir, qol imkanları yaradırdıq. “Sabah”ın ardıcıl beş matçdır qələbə qazana bilmədiyini və bu gün mütləq qələbə üçün yüksək enerji, əzmkarlıq sərf edəcəyini nəzərə almışdıq. Hər şey bizə aydın idi. Təxminən ilk 15 dəqiqədə üstün tərəf biz olduq. Daha sonra rəqib təşəbbüsü ələ aldı və qapımıza ilk zərbədə qolu vurdu. Bu qoldan sonra komandam qırmızı vərəqə alana qədər yaxşı reaksiya verdi. Azlıqda qaldıqdan sonra “Sabah”la mübarizə aparmaq həqiqətən çox çətin idi. Çalışırdıq ki, heç olmasa ilk hissəni bərabərliklə başa vuraq, amma alınmadı. Fasiləyə məğlub durumda yollansaq da, futbolçularıma təslim olmamağı tapşırdım. Bildirdim ki, özümüz qol imkanı yarada, rəqibin səhvindən yararlana və ya onun qırmızı vərəqə alması ilə vəziyyəti dəyişə bilərik. Oyundan qopmamaq, mümkün qədər diri qalmaq lazım idi. Lakin rəqibin çox keyfiyyətli oyunçuları var, yaxşı imkanlar əldə etdilər və yekunda bu hesab qeydə alındı”.

Həmin kateqoriyadan