- Baxış sayı: 47
- 23 Sentyabr 2026 11:46
- Baxış sayı: 188
- Sentyabr 24, 2026
- 0
Türkiyə Kubokunda qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası – “Girəsunspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Konyaspor”la qarşılaşıb. Görüş futbolçumuzun komandasının məğlubiyyəti ilə bitib. Mehdiyevin adı matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Girəsunspor” hazırda 5 xalla qrup sonuncusudur.