- Baxış sayı: 38
- 25 İyun 2026 04:08
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino MLS matçında “Los Anceles Qalaksi” ilə heç-heçəni (1:1) şərh edib.
Allsport.az xəbər verir ki, argentinalı mütəxəssis komandanın hücumçusu Lionel Messidən də söz açıb:
“Düşünürəm ki, 2-ci hissədə daha yaxşı oynadıq, imkanlarımız oldu, rəqib əks-hücumda qol vurdu, amma sonra özümüzü tapmaq əzmində olduq və Leo Messi sayəsində bu məqama yaxınlaşdıq”.
Mayami klubu 92-ci dəqiqədə Lionel Messinin dəqiq zərbəsindən sonra məğlubiyyətdən xilas olub.