Millimiz Haiti ilə bacarmadı

Millimiz Haiti ilə bacarmadı

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib.

Allsport.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv “C” divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili seçməsi ilə üz-üzə gəlib.

Hövsan yarış kompleksində baş tutan görüş rəqibin qələbəsi ilə başa çatıb – 3:1.

Beləliklə, U-15 növbəti mərhələdə Cəbəllütariq millisi ilə üz-üzə gələcək. Adıçəkilən komanda 1/16 finalda Belarusa 0:6 hesabı ilə uduzub.

Azərbaycan – Cəbəllütariq görüşü bu gün, saat 18:15-də başlayacaq.

Xatırladaq ki, Azərbaycan komandası “AF” qrupunun üçüncüsü kimi “C” divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.

Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək Azərbaycan millisi daha beş matçda meydana çıxacaq. Bununla da yığmanın turnir çərçivəsində keçirdiyi oyunların sayı 10-a yüksələcək.

Mundialda dünyanın 189 ölkəsindən FİFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Həmin kateqoriyadan