- Baxış sayı: 17
- 28 Oktyabr 2026 11:56
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya sağ dizindəki ön çarpaz bağların qopması səbəbindən uğurlu əməliyyat olunub.
Allsport.az xəbər verir ki, cərrahi müdaxilə Dohadakı ixtisaslaşmış klinikada həyata keçirilib.
Gürcüstanlı cinah hücumçusu artıq bərpa prosesinə başlayacaq. Onun meydana nə vaxt qayıdacağı ilə bağlı dəqiq vaxt hələlik açıqlanmayıb.
Xatırladaq ki, Xviça Kvaratsxeliya UEFA çempionlar liqası liqa mərhələsinin III turu çərçivəsində “Barselona”ya qarşı keçirilən ev oyununda zədələnib. 25 yaşlı oyunçu ikinci hissədə dizindən zədələnib və meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb. Qarşılaşma PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatıb.